...

Millət vəkili Hüseyn Abdullayev vəkillərindən imtina edib

Cəmiyyət Materials 5 Aprel 2007 14:25 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K. Zərbalıyeva/ Millət vəkili Hüseyn Abdullayev vəkillərindən imtina edib. Abdullayevin vəkili Kamandar Nəsibov cümə axşamı Trend ə açıqlamasında bildirib ki, dünən hüquqlarını müdafiə etdiyi şəxs vəkilləri Şəfiqə Nağıyeva, Esmira Hüseynova, Pamiz Zeynalovdan imtina barədə rəsmi müraciət edib. Abdullayev bu hərəkətini həmin vəkillərin yardımına ehtiyacı olmaması ilə əlaqələndirib.

Abdullayevin deputat toxunulmazlığı baş prokurorun təqdimatı ilə Milli Məclisin martın 19-da keçirilmiş fövqəladə iclasında ləğv olunub və həmin gün məhkəmənin qərarı ilə həbs edilib. Abdullayev hazırda Bayıldakı 1 saylı İstintaq Təcridxanasında saxlanılır. Barəsində Cinayət Məcəlləsinin 132-ci (döymə) və 221.2.2-ci (xuliqanlıq maddələri) ilə Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində cinayət işi açılıb və istintaq aparılır.

Xəbər lenti

Xəbər lenti