...

Azərbaycan və Türkiyə telekanalları erməni işğalının ifşası üçün əməkdaşlıq edəcək

Cəmiyyət Materials 7 Aprel 2007 14:59 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Qondarma erməni iddialarını və Qarabağın işğalını açıq göstərmək üçün Azərbaycan və Türkiyənin telekanalları qarşılıqlı əməkdaşlıq edəcəklər. Bu barədə şənbə günü Azərbaycan Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli açıqlama verib.

Onun sözlərinə görə, Azərbaycanda istehsal olunmuş materialların, filmlərin Türkiyə kanallarında, həmçinin də əksinə həyata keçirilməsi üçün tövsiyələr verilir: "Bu məsələlərdə kommersiya maraqları üstün tutulmamalı, ortaq milli maraqlar naminə hər iki ölkənin telekanalları bir-birilərinə yardım etməlidir".

Türkiyənin Radio-Televiziya Üstqurumunun başqanı Zahid Akman da bildirib ki, Azərbaycan ərazilərinin işğalı, Türkiyəyə qarşı qondarma "erməni soyqırımı" məsələləri barədə Azərbaycan tərəfi ilə geniş müzakirələr davam etdiriləcək.

Xəbər lenti

Xəbər lenti