...

Hüquq müdafiəçisi Azərbaycanın baş prokuroru ilə görüşüb

Cəmiyyət Materials 13 Aprel 2007 17:44 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K. Zərbalıyeva/ Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə bu gün baş prokuror Zakir Qaralovla görüşüb. Bu barədə cümə günü Qənizadə məlumat verib.

Qənizadə bildirib ki, görüşdə bir neçə siyasi məhbusla bağlı və barəsində hökm çıxarılmış bir neçə nəfərin işi ilə bağlı müzakirələr aparılb. Qənizadə Türkiyədə mühacir həyatı yaşayan Qazaxın sabiq polis rəisi Novruz Həsənova 1998-ci il mayın 12-də qəbul edilən "Amnistiya haqqında" qanunun tətbiq olunması və onun barəsində həbsli axtarış qərarının ləğv edilməsini xahiş edib. Baş prokuror qaldırılan məsələləri nəzarətə götürəcəyini, onların araşdırılması üçün əlaqədar qurumlara tapşırıq verəcəyini bildirib.

Xəbər lenti

Xəbər lenti