...

Qafqaz müsəlmanları rəhbəri Ümumgürcüstan Katalikos-Patriarxı ilə danışıqlar aparıb

Cəmiyyət Materials 17 Aprel 2007 13:01 (UTC +04:00)

Gürcüstan,Tiflis/müxbir Trend N.Kirtsxalia/Qafqaz müsəlmanları rəhbəri Şeyx ül-İslam Hacı Allahşükür Paşazadə bu gün Tbilisidə Ümümgürcüstan Katalikos-Patriarxı II İli ilə görüşüb. Gürcüstan Patriarxiyasından verilən məlumata əsasən, görüş qısamüddətli olub və ruhani başçıları Azərbaycan və Gürcüstan arasında əlaqələrin durumunu qısa olaraq müzakirə ediblər.

Qeyd edilməlidir ki, Allahşükür Paşazadə Tbilisiyə II İli ilə birgə Küveytə yola düşmək üçün gəlib. Onlar artıq Tbilisi hava limanından Əl-Küveytə uçublar. 17-21 apreldə Küveytdə Qafqaz xalqlarının dini liderlərinin - Gürcüstanın katalikos-patriarxı II İli və Xəzəryanı və Bakı yeparxiyasının yepiskopu Aleksandrın iştirakı ilə sivilizasiyalararası dialoq məsələləri müzakirə olunacaq.

Dini konfessiya rəhbərləri Küveyt və Bəhreynin ali ruhani rəhbərləri ilə həmçinin qloballaşmanın milli dəyərlərə təsirinin neytrallaşdırılması məsələlərini müzakirə edəcəklar. Bu barədə Qafqaz Müsəlmanları İdarəsindən məlumat verilib.

Xəbər lenti

Xəbər lenti