...

Azərbaycanın Milli Ensiklopediyası çap üçün tam hazırdır

Cəmiyyət Materials 18 Aprel 2007 17:56 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir İ.Əlizadə/ Milli Ensiklopediyanın layihəsi tam hazırdır və yaxın vaxtlarda çap üçün nəşriyyatlardan birinə təqdim olunacaq. Bu barədə çərşənbə günü Bakıda Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Mahmud Kərimov məlumat verib.

M.Kərimov bildirib ki, ensiklopediyanın ilkin layihəsi ilə bağlı prezident İlham Əliyevin səsləndirdiyi iradlar tam olaraq aradan qaldırılıb.

"İndi nəşriyyatla danışıq aparırıq. Yaxın vaxtlarda ensiklopediyanı nəşriyyata təqdim edəcəyik. Çox guman ki, o, Almaniyada çap olunacaq", -deyə AMEA prezidenti bildirib.

Onun sözlərinə görə, ensiklopediya ən azı 25 000 nüsxə tirajla çap olunacaq.

Xəbər lenti

Xəbər lenti