...

Azərbaycanda aclıq edən məhkumların bir qrupu aclığı dayandırıb

Cəmiyyət Materials 19 Aprel 2007 12:05 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K Zərbalıyeva/ Qobustan qapalı həbsxanasında aclıq edən məhkumların sayı artır. Ölüm cəzası ömürlük azadlıqdan məhrum etmə ilə əvəzlənmiş məhkum Dəyanət Kərimovun bacısı Nübar Kərimova bildirib ki, aclıq edən məhkumların sayı 40-dan çoxdur. Aksiyaya qoşulan məhkumlar sırasında Xüsusi Təyinatlı Polis Dəstəsinin keçmiş üzvləri Səfa Poladov, Arif Kazımov da var.

Penitensiar Xidmətin şöbə rəisi Rafiq Ramazanov isə Trend ə bildirib ki, dünən aclıq edən məhkumlardan 6-sı aclığı dayandırıb. Hazırda isə 20 nəfər aclığı davam etdirir. Ramazanovun sözlərinə görə, aclıq edənlərin səhhətləri ilə bağlı problem yoxdur və onlar həkim nəzarətindədirlər.

Qobustan həbsxanasında məhkumlar aprelin 16-dan aclığa başlayıb. Onların qohumları aclığa ilk olaraq 33 nəfərin, Penitensiar Xidmətdən isə 26 nəfərin başladığını bildirib. Məhkumların tələbi isə barələrindəki ömürlük azadlıqdan məhrumetmə cəzasının 15 ilə endirilməsi ilə bağlıdır.

Xəbər lenti

Xəbər lenti