...

"Gün" qəzetinə qarşı xüsusi ittiham qaydasında şikayət verilib

Cəmiyyət Materials 19 Aprel 2007 15:49 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K Zərbalıyeva/ "Gün" qəzetinin təsisçisi Fikrət Fərhadoğlu və baş redaktoru Elnur Vaqifoğluna qarşı "Təzadlar" qəzetinin baş redaktoru Asif Mərzilinin xüsusi ittiham qaydasında şikayəti üzrə bu gün Nəsimi rayon məhkəməsində proses keçirilib. Barəsində "Gün" qəzetində yalan və böhtan yazılar yazıldığını iddia edən Mərzili təsisçi və baş redaktor barəsində Cinayət Məcəlləsinin 147 (böhtan) və 148 (təhqir) maddələri ilə cinayət işinin açılmasını və onların məsuliyyətə cəlb olunmasını xahiş edib.

Bu gün keçirilən prosesdə cavabdehlər dinlənilib.

İddiaçı onların əməllərindən ziyan çəkmiş bir neçə şəxsin məhkəməyə şahid kimi dəvət olunması barədə vəsatət qaldırıb. Vəsatətin müzakirəsi növbəti prosesdə aparılacaq.

Xəbər lenti

Xəbər lenti