...

Prezidentin İcra Aparatının İşlər İdarəsinin sabiq müdirinin kassasiya şikayəti icraata qəbul olunub

Cəmiyyət Materials 25 Aprel 2007 17:54 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K Zərbalıyeva / Prezidentin İcra Aparatının İşlər İdarəsinin sabiq müdiri Akif Muradverdiyevin barəsindəki məhkəmə hökmündən Ali Məhkəməyə verilmiş kassasiya şikayəti hakim Zeyqəm Hüseynovun icraatına verilib. Bu barədə Trend ə çərşənbə günü Ali Məhkəmədən məlumat verilib.

İş icraata yeni daxil olduğundan prosesin başlayacağı tarix müəyyənləşdirilməyib. Muradverdiyev 6 il müddətinə azadlıqdan məhrum edilib. Muradverdiyev Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda dövlət əmlakını mənimsəmə), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311-ci (rüşvət alma), 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur. Onun barəsində Cinayət Məcəlləsinin 28.278 (hakimiyyəti zorla ələ keçirməyə cəhd) və 28. 220 (kütləvi iğtişaşa hazırlıq) maddələri ilə irəli sürülmüş ittiham üzrə başlanmış cinayət işinin istintaqı isə davam edir.

Muradverdiyev hazırda Penitensiar Xidmətin Müalicə Müəssisəsində müalicə olunur.

Xəbər lenti

Xəbər lenti