...

BMT-nin xüsusi məruzəçisi Bakıda görüşlər keçirir – versiya 2

Cəmiyyət Materials 25 Aprel 2007 18:04 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Bakıda səfərdə olan BMT-nin fikir və ifadə azadlığı hüququnun qorunması və təşviqi üzrə xüsusi məruzəçisi Ambeyi Liqabo çərşənbə günü Azərbaycanın daxili işlər naziri general-polkovnik Ramil Usubovla görüşüb. Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Nazir BMT nümayəndəsinə Azərbaycanda ictimai-siyasi proseslər, həyata keçirilən hüquqi-demokratik islahatlar, cinayətkarlıqla mübarizənin səviyyəsi barədə məlumat verib. Usubov qeyd edib ki, 2002-2006-cı illər ərzində vətəndaşlarla kobud rəftar, əsassız saxlama, məsuliyyətə cəlb etmə, qanunsuz axtarış aparma kimi hüquq pozuntularına görə DİN strukturlarının 522 əməkdaşı cəzalandırılb, onlardan 33 nəfəri cinayət məsuliyyətinə cəlb olunub, 85-i daxili işlər orqanlarından xaric edilib.

Nazir onu da deyib ki, 2001-2006-cı illərdə KİV-lərdə dərc edilən polis əməkdaşları ilə bağlı hüquq pozmalara dair 106 fakt üzrə Nazirliyin Daxili Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılıb, 18 fakt təsdiqini tapıb, günahkar əməkdaşlar cəzalandırılıb.

Xəbər lenti

Xəbər lenti