Azərbaycan, Gəncə / Trend müxbir V.Məmmədov/ Ekoloqların apardığı tədqiqatlar zamanı Göy Göldə oksigen kütləsinin 9,7 milli qram/litr təşkil edildiyi aşkarlanıb və bu da normaya yaxındır. Bu barədə cümə axşamı Azərbaycan Texnologiya Universitetinin (ATU) elm və texnika üzrə prorektoru Elşad Məmmədov məlumat verib. Onun sözlərinə görə, monitorinq zamanı Göy Gölün suyu, meşələri, flora və faunası nəzarətdən keçirilib.
"Göldə suyun tərkibinin saflığına və burada balıqların artmasına oksigenin birbaşa təsiri var. Məhz bu baxımdan biz göldə suyun oksigen kütləsini öyrənmək üçün tədqiqat apardıq. Əldə olunan nəticələr ürəkaçandır. Gölün ekologiyasında ciddi bir problem yoxdur." - deyə Məmmədov bildirib.
Azərbaycanın Gəncə şəhəri paytaxt Bakıdan 360 kilometr qərbdə yerləşir. Azərbaycanın ikinci ən böyük sənaye şəhəri sayılır. Əhalisi 400 minə yaxındır.