...

Azərbaycanlılar Brüsseldə Avropa Komissiyası qarşısında mitinq keçirəcəklər

Cəmiyyət Materials 11 May 2007 19:30 (UTC +04:00)

Brüssel/ Trend müxbir R.Tağıyev/ Mayın 15-də Belçikanın paytaxtı Brüsseldə Avropa Komissiyası yaxınlığında Azərbaycan torpaqlarının erməni işğalçıları tərəfindən zəbt edilməsinin 15-ci ildönümü ilə bağlı icazəli kütləvi etiraz aksiyası keçiriləcək.

Bu barədə Brüsseldə fəaliyyət göstərən Benelüks Azərbaycan Təşkilatları Əlaqələndirmə Şurasının (BATƏŞ) fəxri prezidenti, Azərbaycanın Benelüks (Belçika, Hollandiya, Lüksemburq) dövlətləri üzrə səfirliyinin birinci katibi Fuad Hümbətov Trend in Brüsseldəki xüsusi müxbirinə məlumat verib.

Onun bildirdiyinə görə, aksiya zamanı BATƏŞ, Benelüks Azərbaycan Konqresi, Belçika Azərbaycan Komitəsi, Azərbaycan Tələbələrinin Avropa Forumu (ATAF) adından bəyanat və digər materiallar Avropa Komissiyasına təqdim ediləcək.

Xatırladaq ki, Ermənistan Azərbaycan ərazisinin 20 faizini - Dağlıq Qarabağı və ətrafındakı yeddi rayonu işğal edib. Bu ərazilər 1992-ci ildən indiyədək erməni silahlı qüvvələrinin işğalı altındadır. 1994-cü ildə Ermənistanla Azərbaycan arasında atəşkəs haqqında razılıq əldə olunub.

Xəbər lenti

Xəbər lenti