...

Kamera teatrı İrandan qayıdıb

Cəmiyyət Materials 14 May 2007 21:12 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 may /mx.Trendlife Eldar Hüseynzadə/Azərbaycan Dövlət Kamera teatrı qastroldan qayıdıb. Trendlife-ın verdiyi məlumata görə, onların qastrol səfərləri 28 apreldən başlayıb.

Aktyorlar Pepino de Filkanın "Don Rafael - trambonistdir" əsərini oynayıb. Tamaşanın quruluşçu rejissoru Azərbaycanın xalq artisti Cənnət Səlimovadır. Rolları isə Azərbaycanın əməkdar artistləri Şövqü Hüseynov, Gülər Nəbiyeva, Nofər Vəliyeva, Seyidşah Məmmədov, həmçinin aktyorlar İradə Rəşidova və Aydın Dəmirov ifa ediblər. Onlar Tehranda doqquz, Ərdəbildə isə iki tamaşa göstəriblər.

Xəbər lenti

Xəbər lenti