...

Azərbaycan futbolunun ulduzu AFFA-nın Ekspert komissiyasına daxil olub

Cəmiyyət Materials 15 May 2007 16:30 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend Z.Səfərov/ Vaxtilə ən yaxşı futbolçulardan biri olan, millimizin sabiq kapitanı Nazim Süleymanov AFFA-nın Ekspert komissiyasının tərkibinə daxil edilib.

AFFA-dan verilən məlumata görə, federasiya prezidenti Ramiz Mirzəyevin qərarı ilə yaradılan sözügedən komissiya AFFA bayrağı altında keçirilən matçlarda (buraya çempionat və Kubok oyunları daxildir) ədalətli və obyektiv oyun prinsiplərinə riayət olunmasına nəzərət etməlidir.

Komissiyaya AFFA baş katibinin müavini Siyavuş İbrahimov rəhbərlik edəcək. Süleymanov isə burada mütəxəssis qismində fəaliyyət göstərəcək.

Xatırladaq ki, Moskvada Məşqçilərin Ali Məktəbini bitirən Süleymanov futbolçu karyerasına son qoyduqdan sonra Soçi "Jemçujina"sına və Lənkəranın "Xəzər"inə rəhbərlik edib, habelə millidə seleksiya işləri ilə məşğul olub.

Xəbər lenti

Xəbər lenti