...

Teleradio Şurasının sədri: "Azərbaycanda fəaliyyət göstərən telekanallara xəbərdarlıq edilib"

Cəmiyyət Materials 16 May 2007 13:29 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir E.Hüseynli/ Azərbaycanda fəaliyyət göstərən telekanallarda bu ilin müvafiq aylarında aparılan monitorinq zamanı qanun pozuntuları qeydə alınıb. Bu barədə çərşənbə günü Trend ə eksklüziv açıqlamasında Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli məlumat verib. Onun sözlərinə görə, telekanallarda aşkarlanan səhvlər xırda qanun pozuntuları olduğundan ancaq şifahi xəbərdarlıq edilib. Məhərrəmli bildirib ki, ciddi qanun pozuntuları olduğu halda bu, Şuranın iclasına çıxarılır.

Qanun pozuntularının əsasən reklamlarla bağlı olduğunu deyən Teleradio Şurasının sədri qeyd edib ki, telekanallarda qadağan olunan dərmanların reklamı ilə bağlı xüsusi nəzarət həyata keçirilir. Bununla bağlı yaxın vaxtlarda telekanallardakı vəziyyətə dair açıqlama veriləcək.

Xəbər lenti

Xəbər lenti