...

Azərbaycan və yəhudi diasporları ABŞ təşkilatlarının əməkdaşlıq məsələləri Nyu-Yorkda müzakirə olunacaq

Cəmiyyət Materials 16 May 2007 18:43 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir E.Hüseynov/ Azərbaycan və yəhudi diasporları ABŞ təşkilatlarının əməkdaşlıq məsələləri mayın 21-də Nyu-Yorkda müzakirə olunacaq.

Bu gün İsrailin Azərbaycandakı səfirliyindən verilən məlumata görə, mayın 21-də Xaricdə yaşayan azərbaycanlılarla iş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun Amerika Aparıcı Yəhudi Təşkilatları Prezidentləri Konfransının rəhbərliyi ilə görüşü nəzərdə tutulub. Görüşlərdə həmçinin İsrailin Azərbaycandakı səfiri Artur Lenk də iştirak edəcək.

Görüş Xaricdə yaşayan azərbaycanlılarla iş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun 10-21 may tarixlərində ABŞ-a səfəri çərçivəsində baş tutacaq.

Aprel ayında Nazim İbrahimov Trend ə bildirmişdi ki, ABŞ-a səfəri çərçivəsində Los-Anceles, San-Fransisko və Nyu-Yorkdakı Azərbaycan diaspor nümayəndələri, həmçinin Türk və Azərbaycana dost olan digər icmaların nümayəndələri ilə görüşlər keçirəcək.

"Görüşlərdə biz Azərbaycan diasporunun fəalları, eləcə də digər dostlarımızla ölkəmiz haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycan diasporunun gücləndirilməsi barədə məsələləri müzakirə edəcəyik",-deyə İbrahimov bildirmişdi.

Amerika Aparıcı Yəhudi Təşkilatları Prezidentləri Konfransının nümayəndə heyəti 2006-cı ilin fevralında Azərbaycana səfər etmişdi. Azərbaycan rəhbərliyi ilə keçirilən görüşlərdə burda yaşayan yəhudilər üçün yaradılmış əlverişli şərait qeyd olunmaqla yanaşı, diaspor təşkilatlkarı arasında əməkdaşlıq yollarına da toxunulmuşdu. Amerika Aparıcı Yəhudi Təşkilatları Prezidentləri Konfransının rəhbərləri Nazim İbrahimovu ABŞ-a səfərə dəvət ediblər.

İbrahimov Azərbaycan və Türkiyə diaspor təşkilatlarının birgə, sıx fəaliyyətinin, eləcə də digər dost diaspor təşkilatları, başda yəhudi təşkilatları olmaqla əməkadaşlıq etməyin vacibliyini dönə-dönə qeyd edib.

Xəbər lenti

Xəbər lenti