...

Tofiq Bəhramov adına Respublika stadionu Polşa ilə oyuna hazırlaşır

Cəmiyyət Materials 19 May 2007 13:33 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend Z.Səfərov/ Mayın 28-də "Şəfa" stadionu Azərbaycan Kubokunun finalını qəbul edəcək. Final matçında meydana "Xəzər-Lənkəran"la "MKT-Araz" çıxacaq.

İş ondadır ki, Tofiq Bəhramov adına Respublika stadionu iyunun 2-də yığmamızın Avro-2008 seçmə mərhələsində Polşaya qarşı keçirəcəyi oyuna hazırlaşır. Buna görə də AFFA-nın yarışların təşkili komitəsi Kubokun finalını "Şəfa" stadionunda keçirməyi qərara alıb. Qeyd edək ki, "Şəfa" əvvəllər də Kubokun final matçlarını qəbul edib.

Onu da bildirək ki, meydana çıxacaq komandalar üçün bu oyunda "doğma divarlar" amilinin əhəmiyyəti olmayacaq. Belə ki, "Xəzər-Lənkəran" Lənkəranı, "MKT-Araz" isə İmişlini təsmil edir.

Xəbər lenti

Xəbər lenti