...

Alpinist İsrafil Aşurlu: "Everestdə insanlar öz həyatlarını başqalarının hesabına xilas edir"

Cəmiyyət Materials 19 May 2007 14:06 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend Z.Səfərov/ Azərbaycanlı alpinist İsrafil Aşurlu Everest dağına qalxan beynəlxalq ekspedisiya tərkibində həmlə düşərgəsinə çatıb.

İdmançının bildirdiyinə görə, birinci qrup 8300 metr dəniz səviyyəsindən yuxarda yerləşən düşərgədə gecələyib. "Bu düşərgədən komanda yüksəkliyə doğru istiqamət alacaq. Hələlik hamının səhhəti normaldır, hər şey plan üzrə gedir. 14 alpinist və 12 şerp özlərini pis hiss etmir. Yalnız bir xoşagəlməz məqam olub: yuxarı düşərgədə dörd kislorod balonumuz oğurlanıb. Lakin bizim altı ehtiyat balonumuz var, indi onları özümüzlə yuxarı qaldırırıq. Everest də elə bir dağdır ki, insanlar öz həyatlarını başqalarının hesabına xilas edir" - deyə Aşurlu qeyd edib.

O həmçinin bildirib ki, yüksəkliyin fəth edilməsi mayın 19-na planlaşdırılır. Bundan sonra ekspedisiya aşağı enməyə başlayacaq.

Xəbər lenti

Xəbər lenti