...

Azərbaycanda vəkillərin sayı artır

Cəmiyyət Materials 21 May 2007 16:05 (UTC +04:00)

Azərbaycan, Bərdə / Trend müxbir K. Zərbalıyeva/ Azərbaycan Vəkillər Kollegiyasına daha 73 nəfər üzv qəbul olunub. Vəkillər Kollegiyasından bazar ertəsi Trend ə bildirilib ki, vəkil olmaq üçün imtahan vermiş və tələb olunan nəticəni göstərmiş namizədlərlə müsahibə (söhbət) davam edir. Mayın 8-də başlayan müsahibədən indiyədək 73 namizəd müsbət göstərici əldə edib. Müsahibənin iyunun sonunadək davam edəcəyi nəzərdə tutulub.

Vəkillər Kollegiyasına üzv olmaq üçün imtahan vermiş 441 namizəddən 299-u 50 və daha artıq bal toplayaraq növbəti mərhələdə iştirak etmək hüququ qazanıblar.

Mayın 4-də Naxçıvanda 9 namizədlə keçirilmiş müsahibənin nəticələrinə görə, 8 namizəd uğur qazanıb.

Müsahibə Komissiyası 11 nəfərdən təşkil olunub. Komissiya üzvlərinin 5-i vəkillərdən, 3-ü alimlərdən, 3-ü isə hakimlərdən ibarətdir.

Azərbaycan Vəlillər Kollegiyasının 540 üzvü var. Azərbaycan vəkillərin sayına görə, Avropa ölkələri arasında sonuncu yerlərdə durur.

Xəbər lenti

Xəbər lenti