...

Dövlət Komitəsinin sədri: "Son hadisələr göstərir ki, erməni terrorizmi bu gün də davam edir"

Cəmiyyət Materials 25 May 2007 14:20 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Ermənilərin terrorçuluq əməlləri dünyanın bir əksər ölkələrinə, ABŞ-a, hətta Afrikaya qədər yayılıb. Bu fikirləri Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov ABŞ-ın San-Diyeqo ştatında bir azərbaycanlının erməni tərəfindən qətlə yetirilməsinə münasibətini açıqlayarkən deyib.

İbrahimov bildirib ki, bu günlərdə ABŞ-a səfəri zamanı həmin məsələ barədə diasporumuzla müzakirələr aparılıb, hadisə ilə bağlı əlavə faktlar əldə edilib. Komitə sədrinin sözlərinə görə, məlumatlar dəqiqləşdirildikdən sonra KİV-lər tərəfindən informasiya yayılacaq.

"Son dövrlərdə ermənilər tərəfindən törədilən hadisələr bir daha göstərir ki, erməni terrorizminin yaşı yüz illərlədir və bu gün də davam edir. Azərbaycanlılar və ermənilərin tarixinə nəzər salaq, görərik ki, erməni xalqının tarixində onlar tərəfindən törədilən yüzlərlə terror faktları var. Azərbaycanlılar isə indiyədək heç bir terror hadisəsində iştirakçı olmayıb, beynəlxalq cinayətlərə qoşulmayıb" - deyə İbrahimov vurğulayıb.

Xəbər lenti

Xəbər lenti