...

Kürün aşağı hissəsində suyun səviyyəsi enib

Cəmiyyət Materials 29 May 2007 11:44 (UTC +04:00)

Azərbaycan, Salyan / Trend müxbir E.Məmmədov/ Kür çayının Salyandan keçən hissəsində suyun səviyyəsi son dörd gündə 55 santimetr düşüb. Trend in bölgə müxbirinin məlumatına görə, hazırda Kürdən bir saniyədə 1400 kubmetr su keçir. Bir neçə gün əvvəl isə bu göstərici 1800 kubmetri keçmişdi. 500-ə yaxın həyətə dolmuş qrunt sularının dərinliyi azalsa da, istilər həmin suları antisanitariya mənbəyinə çevirib. Təbii fəlakətdən ziyan çəkənlərin ən çox narazılığı isə qrunt sularının axıdılması üçün suvuran nasosların çatışmazlığındandır. Artıq rayonda həmçinin içməli su problemi yaşanır. Salyan rayon İcra Hakimiyyətinin şəhər üzrə nümayəndəsi Əlipaşa Abdullayev bildirib ki, problem yaxın günlərdə həllini tapacaq.

Salyan paytaxt Bakıdan 115 kilometr cənubda yerləşir.

Xəbər lenti

Xəbər lenti