...

"Atasport" "Challenge-1" turnirinə vəsiqə qazanıb

Cəmiyyət Materials 29 May 2007 13:27 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend Z.Səfərov/ Otüstü hokkey üzrə kişilərdən ibarət "Atasport" klubu "Challenge-1" turnirinə vəsiqə qazanıb.

Afinada keçirilən "Challenge-2" turnirinin pley-off matçlarında idmançılarımız İsveçin "Valxalla" komandasını 4:0 hesabı ilə darmadağın edib. "Atasport" görüşün taleyini artıq matçın birinci hissəsində rəqibin qapısından keçirdiyi dörd cavabsız qola həll edib.

Beləliklə, "Atasport" növbəti mövsümdə nisbətən yüksək divizionda oynamaq hüququnu qazanıb və daha güclü rəqiblərlə qarşılaşmaq imkanı əldə edib.

Qeyd edək ki, "Atasport" Afinada dörd oyunların hamısında qələbə qazanıb. Avropa kubokunda debüt edən azərbaycanlı hokkeyçilər beynəlxalq mütəxəssislər tərəfindən yüksək dəyərləndirilib.

Xəbər lenti

Xəbər lenti