...

Təhsil naziri: "Azərbaycan ali məktəblərinə 30 minə yaxın qəbul planı verilib"

Cəmiyyət Materials 30 May 2007 13:49 (UTC +04:00)
Təhsil naziri: "Azərbaycan ali məktəblərinə 30 minə yaxın qəbul planı verilib"

Azərbaycan, Lənkəran / Trend müxbir P.Əliyeva/ Azərbaycan ali məktəblərinə bu il 30 minə yaxın qəbul planı verilib. Bu barədə təhsil naziri Misir Mərdanov çərşənbə günü Azərbaycanın cənub bölgəsində, Lənkəranda keçirdiyi müşavirədə məlumat verib. Nazir bildirib ki, bu il orta məktəbləri 120 minə yaxın məzun bitirəcək.

Orta məktəblərdə məzunların və birinci sinfə gedənlərin sayının ilbəil azalmasının narahatlıq doğurduğunu deyən Mərdanovun sözlərinə görə, gələn tədris ilindən orta məktəbi bitirən şagirdlər üçün test üsulu ilə mərkəzləşdirilmiş qaydada buraxılış imtahanları təşkil ediləcək.

Ucqar kəndlərdə kadr çatışmazlığına toxunan nazir, rayon mərkəzlərində müəllimlərin sayının çoxalmasını, yəni bir müəllimə 10 şagirdin düşməsindən də narahat olduğunu qeyd edib. Mərdanov bunun müəllimlərin əmək haqqının aşağı düşməsinə təsir göstərdiyini və müvafiq tədbirlər görülməsinin vacibliyini bildirib.

Nazir çıxışında, həmçinin peşə məktəblərində səviyyənin aşağı olduğunu və bu tipli məktəblərin inkişafı üçün yaxın vaxtlarda xüsusi proqramın təsqiq olunacağını bildirib.

Lənkəran rayonu paytaxt Bakıdan 268 kilometr cənubda yerləşir. Əhalisi 201 min 500 nəfərdir. Əhalinin ümumi sayının 51,2 %-ni qadınlar, 48,8 %-ni kişilər təşkil edir.

Xəbər lenti

Xəbər lenti