...

Azərbaycanlı referi İntertoto kubokunun oynunu idarə edəcək

Cəmiyyət Materials 31 May 2007 12:42 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend Z.Səfərov/ FİFA referisi Fariz Yusifov növbəti beynəlxalq təyinatı alıb.

Arbitr İntertoto kubokunun birinci mərhələsi çərçivəsində Malta və Sloveniya təmsilçiləri arasındakı oyunu idarə etməli olacaq. Bu qarşılaşma La-Valettada keçiriləcək. Rəqiblərin adları hələlik bəlli deyil. Onlar yalnız iyunun 6-da, bu ölkələrin milli birincilikləri başa çatandan sonra məlum olacaq.

Eyni zamanda, yaxın günlərdə Yusifova kömək edəcək laysmenlərin adları bəlli olacaq. Əvəzləmələrə və futbolçularla məşqçilərin texniki zonadakı hərəkətlərinə nəzarət edən dördüncü hakimə gəldikdə isə bu, maltalı referi olacaq.

Bu təyinat Yusifov üçün cari avrokubok mövsümündə birincidir.

Xəbər lenti

Xəbər lenti