Azərbaycan, Bakı, 2 iyun /müx. "TrendLife" Eldar Hüseynzadə/ Baxmayaraq ki, Abdulla Şaiq adına Kukla Teatrının binasında prezident İlham Əliyevin göstərişi ilə təmir işləri aparılır, teatr kollektivi öz fəaliyyətini dayandırmır. Bir fakt bizi çox sevindirir ki, onlar nəinki vətəndə, hətta vətəndən kənarda da öz fəaliyyətlərini davam etdirirlər. "TrendLife"a teatrın direktoru Rəhman Əliyevin verdiyi məlumata görə, onlar teatrla bağlı tam informasiya və tamaşalar yazılmış diskləri iki beynəlxalq festivala göndəriblər. Festivallardan biri Sankt-Peterburqda, o biri isə Qahirədə keçiriləcək. Hazırda teatr festival təşkilatçılarından rəsmi cavab gözləyir.