...

Opera və Balet Teatrında Aqşin Əlizadənin yubileyi qeyd olunacaq

Cəmiyyət Materials 5 İyun 2007 15:47 (UTC +04:00)

Azərbaycan, Bakı, 5 iyun /müx. "TrendLife" Eldar Hüseynzadə/ İyunun 13-də Opera və Balet Teatrında Azərbaycanın xalq artisti, bir çox dövlət mükafatları laureatı, professor Aqşin Əlizadənin 70 illiyinə həsr edilən yubiley tədbiri keçiriləcək. Bu haqda "TrendLife"a teatrın mətbuat xidmətindən xəbər verilib. Bu tədbirlə əlaqədar səhnədə bəstəkar Əlizadənin "Qafqaza səyahət" baleti göstəriləcək. İlk dəfə bu balet Opera və Balet Teatrının səhnəsində 2003-cü ildə hazırlanıb. Tamaşanın rejissoru xalq artisti Tamila Şirəliyeva, musiqi rəhbəri xalq artisti Cahangir Cahangirovdur. Baletdə əsas rolları xalq artistləri Mədinə Əliyeva, Gülağası Mirzəyev, İslam İslamov, Yuriy Lobaçov və başqaları ifa edəcəklər.

Xəbər lenti

Xəbər lenti