...

Azərbaycanın basketbol üzrə yığması Zaqatalaya yollandı

Cəmiyyət Materials 6 İyun 2007 14:44 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend Z.Səfərov/ Azərbaycanın basketbol üzrə gənclərdən ibarət yığması mötəbər yarışlara hazırlıq məqsədilə Zaqatalaya təlim-məşq toplanışına yollanıb.

Federasiyanın mətbuat xidmətindən verilən xəbərə görə, yola düşməzdən əvvəl komandanın heyəti ilə federasiya, habelə Gənclər və İdman Nazirliyinin nümayəndələri görüşüblər. Olimpiya komleksində baş tutan görüşdə tərəflər kollektivin beynəlxalq arenadakı perspektivlərini müzakirə ediblər.

Bu il yığmamız Trabzonda beynəlxalq turnirdə və iyulda Kardiffdə Avropa birinciliyinin "C" divizionunda çıxış etməlidir.

Komanda baş məşqçi Elxan Əliyevin rəhbərliyi altında çıxış edəcək.

Xəbər lenti

Xəbər lenti