...

Müəllif hüquqlarını qoruyacaq mütəxəssislər hazırlanacaq

Cəmiyyət Materials 7 İyun 2007 14:39 (UTC +04:00)

Azərbaycan, Bakı, 7 iyun/müx. "TrendLife" Fərid Sadıxov/ Azərbaycanda müəllif hüquqlarının qorunması sahəsində çox ciddi problemlər var, piratçılıq halları mövcuddur. Bu sahədə ciddi araşdırmaların aparılması üçün peşəkar mütəxəssislərə ehtiyac var. Bu barədə "TrendLife"a Müəllif Hüquqları Agentliyindən məlumat verilib. Agentlikdən bildirilib ki, problemin həlli istiqamətində işlərə başlanılıb. Belə ki, növbəti tədris ilindən etibarən Bakı Dövlət Universitetinin hüquq fakültəsində Müəllif Hüqüqları Agentliyi üçün azsaylı kadrların hazırlanmasına başlanılacaq. Bu məsələ hazırda Təhsil Nazirliyi ilə müzakirə olunur və ilkin razılıq əldə olunub. Hələlik qəbul planında neçə yerin nəzərdə tutulacağı dəqiqləşməyib.

Xəbər lenti

Xəbər lenti