...

İyunun sonlarında Azərbaycanda kəskin istilər proqnozlaşdırılmır

Cəmiyyət Materials 14 İyun 2007 12:43 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir E.Hüseynli/ İyunun sonlarında Azərbaycanda kəskin istilər proqnozlaşdırılmır. Bu barədə cümə axşamı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin direktor müavini Umayra Tağıyeva məlumat verib. Onun sözlərinə görə, hesabat dövründə havanın temperaturu aylıq normaya uyğun olacaq.

Tağıyeva bildirib ki, yaxın günlərdə havanın temperaturunda mühüm dəyişiklik gözlənilmir. Temperatur nəzərə çarpacaq dərəcədə yüksəlməyəcək.

Bakı və Abşeron yarımadasında günorta maksimal temperatur 29-31 dərəcə olacaq.

İyunun birinci ongünlüyündə havanın temperaturu aylıq normadan 5-6 dərəcə aşağı olub.

Xəbər lenti

Xəbər lenti