...

Azərbaycanda hiss olunan zəlzələlərin sayı artıb

Cəmiyyət Materials 20 İyun 2007 15:34 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir E.Hüseynli/ Azərbaycanda bu il ərzində 8 hiss olunan zəlzələ, 165 ümumi təkanlar qeydə alınıb. Bu barədə çərşənbə günü Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Respublika Seysmoloji Mərkəzinin direktor müavini Qurban Yetirmişli məlumat verib. Onun sözlərinə görə, hiss olunan zəlzələlər Quba, Lənkəran, Yardımlı, Şəki və Gəncə şəhərlərində baş verib. Zəlzələlər zamanı dağıntı və itki qeydə alınmayıb.

Yetirmişli bildirib ki, bu il ötən ilə nisbətən zəlzələ və xırda təkanlar daha çox qeydə alınıb. Ötən il cəmi 6 hiss olunan və 657 xırda təkan qeydə alınıb.

Xəbər lenti

Xəbər lenti