Azərbaycan, Bakı, 22 iyun /müx. "TrendLife" Eldar Hüseynzadə/ Bakıda "Avropa" otelində İslam Konfransı Təşkilatının (İKT) tədbiri keçirilir. "TrendLife"ın verdiyi məlumata görə, "İKT-yə daxil olan ölkələrin iqtisadiyyat və turizminin inkişafı" tədbirin əsas mövzularından biridir. Tədbirdə çıxış edən İKT birinci katibi, professor Əkmələddin İhsanoğlu qeyd etdi ki, həmin təşkilata daxil olan ölkələrin turizm sahəsində işləri gücləndirməsi lazımdır. Bu sahəyə böyük tələbat var. Lakin tələbat olmağına baxmayaraq, hələki bu planlar reallaşmayıb. Həmçinin tədbirdə qeyd olundu ki, mədəniyyət və turizm paralel şəkildə inkişaf etdirilməlidir. Konfransda çıxış Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəz Qarayev bütün qonaqlara maraqlı çıxışlarına görə təşəkkür etdi və bildirdi ki, keçirilən konfrans İKT-yə daxil olan ölkələrin turizm sahəsində gələcək inkişafa təkan olacaq.