Azərbaycan, Bakı, 3 iyul /müx.TrendLife Əli Dərviş/Biri küsür, biri barışır, digəri ikiüzlülük edir və s. və ilaxır. Şou-biznesdə nə qədər ifaçılar var, o qədər də xasiyyətlər, qarşılıqlı münasibət var. Keçmiş "W-Trio" qrupunun soliski Natəvan Həbibi TrendLife-la söhbətində bildirdi ki, o, bir prinsiplə yaşayır: "Həyatda necəsən, elə də qal!"
"Bu gün şou-biznesin çox güclü nümayəndələrindən olan müğənnilər özlərinin əsl üzlərini maska arxasında gizlədirlər. Şəxsən bu şeylər mənim ürəyimcə deyil. Mən hesab edirəm ki, vəziyyətdən asılı olmayaraq insan gərək öz simasını itirməsin. Şou-biznesdə sanballı pullar var ki, onları boş-boş yerlərə xərcləməkdənsə, xeyriyyə məqsədi ilə keçirilən aksiyalara xərcləsinlər. Mənim düz xasiyyətimə görə bəzi həmkarlarım inciyir. Amma nə etmək olar? Şirin yalandansa, acı həqiqət yaxşıdır. Mən həmişə çalışıram ki, şərçi, böhtançı adamlardan kənar gəzim. Bu da mənim mənfi xüsusiyyətimdir" - deyə müğənni qeyd etdi.
Natavan "Eurovision" müsabiqəsində iştirak etmək isətəyən müğənnilərlə bağlı da öz fikrini bildirdi. "Düzünü desəm, bu müsabiqə məni heç maraqlandırmır. Bir çox nüfuzlu layihələr var ki, orda müğənninin yaradıcılığını juri qiymətləndirir. Qoy Azərbaycanı layiqli müğənni təmsil etsin. Yeri gəlmişkən, bunu Emin Ağalarov edə bilər".