...

Türkiyədə qəzaya uğrayan avtobusda azərbaycanlı olub

Cəmiyyət Materials 24 İyul 2007 18:49 (UTC +04:00)
Türkiyədə qəzaya uğrayan avtobusda azərbaycanlı olub

Azərbaycan, Bakı/ Trend müxbir K.Ramazanova/ Bu gün günün birinci yarısında Türkiyənin Antalya kurort zonasında aşan mikroavtobusda azərbaycanlı olub. Bu barədə Ankaradan telefonla Azərbaycanın Türkiyədəki səfiri Zakir Haşımov məlumat verib. Avtobusda həmçinin Kazandan olan rusiyalı turistlər də olub. Ilkin məlumatlara görə, 18 nəfər zərərçəkən var.

Səfir qeyd edib ki, Rəmziyə (soyadı hələ ki, dəqiqləşdirilməyib) adlı azərbaycanlı digər yaralılarla birgə Antalya şəhəri ətrafındakı Kemer qəsəbəsindəki xəstəxanaya çatdırılıb. Onlar müxtəlif travmalar alıb, səhhətləri üçün təhlükə yoxdur.

Yararılara lazımi tibbi yardım göstərilir. Qəzanın səbəbi isə hələ müəyyən deyil.

Qəza Antalyanın 40 km-dəki Belddibi qəsəbəsində baş verib. Avtobus Kemer şəhərciyindən Antalyanın hava limanına yola düşübmüş.

Xəbər lenti

Xəbər lenti