Azərbaycan, Bakı, 26 iyul /müx. "TrendLife" Vüqar Vüqarlı/ Azərbaycanın tanınmış müğənnisi Vüsal Əliyev "Qızıl qaya" restoranında "Ayrı dünyalar" mahnısına çəkdirdiyi klipin təqdimatını keçirtdi. Mahnını stili müğənninin öz stilinə bənzəyirdi. Belə ki, söhbət nakam məhəbbətdən gedirdi. Artıq xəbər verdiyimiz kimi, klipin rejissoru Aqil M.Quliyevdir. Klipin təqdimatına Vusalın sənət yoldaşları da gəlmişdi. Elariz Məmmədov, Niyaməddin Musayev, Bilal Əliyev, Namiq Məna və başqaları klipin təqdimat mərasimində idilər. İş ondadır ki, müğənni nəinki klipinin təqdimatını, hətta öz doğum gününü də qeyd etdi. Onun 31 yaşı tamam oldu.