...

"Yeni Fikir"çilərin məhkəməsi təxirə salınıb

Cəmiyyət Materials 31 İyul 2007 16:20 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə/ Çərşənbə axşamı Ali Məhkəmədə "Yeni Fikir" Gənclər Təşkilatının sədr müavinləri Ramin Tağıyev və Səid Nuriyevin kassasiya şikayəti üzrə keçirilməli olan məhkəmə iclası təxirə salınıb. Bu barədə çərşənbə axşamı Bakıda "Yeni Fikir"çilərin vəkili Elçin Qəmbərov məlumat verib. Vəkil qeyd edib ki, bu, Ali Məhkəmədə yeni hakimlərin təyinatı ilə əlaqədar keçirilən toplantı ilə bağlıdır. Vəkil bildirib ki, onlar Ali Məhkəmədən həm Tağıyevə, həm də Nuriyevə bəraət verilməsini tələb edirlər. Vəkilin sözlərinə görə, bundan əlavə müdafiə etdikləri şəxslərə 5000 min avro kompensasiya ödənilməsini tələb edirlər.

Qəmbərov hesab edir ki, Ali Məhkəmə onların kassasiya şikayətini təmin etməyəcək. Ancaq Ali Məhkəməyə müraciət etməklə Azərbaycanda sonuncu məhkəmə instansiyasını da keçmək istəyirlər. Məqsəd isə sonradan Avropa İnsan Hüquqları Məhkəməsinə üz tutmaqdır.

"Yeni Fikir" Gənclər Təşkilatının sədri Ruslan Bəşirli Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin qərarı ilə 7 il, həmin təşkilatın fəallarından Tağıyev 5 il həbs cəzası alıb. Nuriyev isə 3 il şərti cəza alıb. Apellyasiya Məhkəməsi Tağıyevin həbs müddətini 5 ildən 4 ilə endirib.

Xəbər lenti

Xəbər lenti