...

Cəfər Cabbarlı haqqında həm kitab, həm film hazırlanır

Cəmiyyət Materials 7 Avqust 2007 15:22 (UTC +04:00)

Azərbaycan, Bakı, 7 avqust /müx. "TrendLife" Eldar Hüseynzadə/ Cəfər Cabbarlı Azərbaycan kinomatoqrafiyasında ilk ssenarist sayılır. 1928-ci ildə M.F.Axundovun vəfatının 50 illiyinə həsr olunmuş "Hacı Qara" motivi üzərində onun ssenarisi əsasında "Sona" filmi çəkilib. 1929-cu ildə isə "Sevil" pyesi əsasında bədii film çəkilib. "TrendLife"a kino tarixçisi, əməkdar incəsənət xadimi Aydın Kazımzadənin verdiyi məlumata görə, hazırda Cabbarlı haqqında iri kitab üzərində iş aparılır. Həmin kitabda onun Azərbaycan kinomatoqrafiyasının inkişafındakı rolundan danışılacaq. Layihə çox genişdir. İndiyə qədər Cabbarlı yaradıcılığı bu cür geniş işıqlandırılmayıb.

Xəbər lenti

Xəbər lenti