...

Təhsil nazirinin müavini: Gürcüstandakı Azərbaycan məktəblərinin bağlanılması gündəlikdə dayanmır

Cəmiyyət Materials 13 Avqust 2007 18:39 (UTC +04:00)

2009-cu ilin sentyabr ayından Gürcüstandakı azərbaycandilli ümumtəhsil məktəblərinin 10-12-ci siniflərində tarix və coğrafiya dərsləri gürcü dilində tədris olunacaq. Digər fənlər üzrə təhsil isə azərbaycan dilində aparılacaq. KAVKAZ-PRESS-in yaydığı məlumata görə, bu barədə Gürcüstanın elm və təhsil naziri müavini Bella Tsipuriya bildirib.

Onun sözlərinə görə, bu il yeni təhsil proqramı hazırlanır. 1-7-ci və 10-cu siniflər yeni dərslik alacaqlar. Onun sözlərinə görə, gündəlikdə Gürcüstandakı azərbaycan məktəblərinin bağlanılması məsələsi durmur.

"Birdən-birə bütün azərbayacan məktəblərini bağlamaq olmaz. Bizim vətəndaşlarımız öz doğma dillərində təhsil almaq imkanına malik olmalıdırlar. Bu onların seçimidir", - deyə Tsipuriya bəyan edib.

Xəbər lenti

Xəbər lenti