...

MAU tələbələrinin Təhsil Nazirliyinə qarşı iddiası təmin olunmayıb

Cəmiyyət Materials 14 Avqust 2007 17:48 (UTC +04:00)

Azərbaycan,Bakı/ Trend , müxbir K. Zərbalıyeva/ Müstəqil Azərbaycan Universitetinin tələbələrinin Təhsil Nazirliyinə qarşı iddiası təmin olunmayıb. Tələbələrin məhkəmədəki nümayəndəsi İntiqam Əliyev çərşənbə axşamı Trend ə bildirib ki, Bakı Apellyasiya Məhkəməsində hakim Mirzə Tağızadənin sədrliyi ilə keçirilən prosesdə iddia tələbinin Müstəqil Azərbaycan Universitetinə (MAU) yönəldilməsi barədə qətnamə qəbul olunub. Belə ki, tələbələrin təhsil aldıqları müddətdə ödədikləri təhsil haqqlarının MAU tərəfindən ödənilməsinə qərar verilib. Qətnaməni qanunsuz sayan Əliyev bildirib ki, MAU mövcud deyil və fəaliyyət göstərmir: "Müstəqil Azərbaycan Universitetinin nə əmlakı, nə pulu var. Bu qətnamənin də Universitet tərəfindən icrası qeyri-mümükündür". Əliyev qətnamədən Ali Məhkəməyə kassasiya şikayəti veriləcəyini deyib.

Müstəqil Azərbaycan Universitetinin 250-yə yaxın tələbəsi Təhsil Nazirliyinə qarşı iddialarında təhsil hüququnun bərpası və dəymiş zərərin ödənilməsini tələb edirdilər.

2006-cı ilin yazında Təhsil Nazirliyi MAU-nun lisenziyasını ləğv etdikdən sonra universitetin tələbələri digər ali məktəblərə köçürülmə tələbi ilə müxtəlif aksiyalar keçirməyə başlayıblar. Nəticədə 1-ci, 3-cü və 4-cü kurs tələbələri digər universitetlərə qəbul olunub. Lakin 2-ci kurs tələbələrinin problemi həllini tapmayıb. Təhsil Nazirliyi 2-ci kurs tələbələrinin universitetə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından kənar, yəni qanunsuz qəbul edildiyini bildirib və onları digər təhsil müəssisələrinə göndərmək istəməyib. Bu səbəbdən tələbələr ay yarımdan artıq aclıq aksiyası da keçiriblər.

Xəbər lenti

Xəbər lenti