...

Aliya Qarayeva və Anna Qurbanova Universiadanın finalına yüksəldilər

Cəmiyyət Materials 16 Avqust 2007 11:12 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müx. Z.Səfərov/ Azərbaycanın bədii gimnastları Banqkokda keçirilən Ümumdünya Universiadasındakı çıxışlarına uğurla başlayıblar. Çoxnövçülükdə qitə çempionu Aliya Qarayeva ip və qurşaqla hərəkətlərdə finala çıxıb. İplə hərəkətdə Aliya 16.450 xal alaraq altıncı nəticə göstərib. Qurşaqla proqramı isə referilər 17.475 xalla dəyərləndiriblər. Bu, Aliyaya avqustun 17-də keçiriləcək finala çıxmağa imkan verib.

Eyni zamanda, Anna Qurbanova iplə hərəkətdə yalnız onuncu yer tuta bilib. İdmançımız ilk səkkizliyə düşə bilməsə də, qurşaqla hərəkətdə yaxşı çıxış edib. Burada o, yeddinci olduğu üçün həlledici mərhələyə vəsiqə qazanıb.

Xəbər lenti

Xəbər lenti