...

İsa peyğəmbər haqqında ilk sənədli film çəkiləcək

Cəmiyyət Materials 16 Avqust 2007 16:52 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 avqust / " müxbir E. Hüseynzadə/ "Yeni dalğa" prodüser mərkəzi hazırda bir neçə layihə üzərində işləyir. Hər bir layihə isə iri plandadır. Prodüser mərkəzinin direktoru Rasim Həsənovun "TrendLife"a verdiyi məlumata görə hazırda sənədli film olan "Apostol yolu" çəkilişləri barədə danışıqlaqlar gedir. Kino tarixində ilk dəfə olaraq apostol olan İsa peyğəmbər haqda sənədli film hazırlanacaq. Sənədli filmin sennari müəllifi Oleq Namazovdur. Yəqin ki o, özü də filmə rejissorluq edəcək. Bu layihə yəqin ki rusiya kinomatoqrafçıları ilə birgə həyata keçiriləcək.

Xəbər lenti

Xəbər lenti