...

Azərbaycanın cüdo yığması Avropa komanda birinciliyində iştirak etməyəcək

Cəmiyyət Materials 17 Avqust 2007 11:46 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müx. Z.Səfərov/ Azərbaycanın cüdo yığması oktyabrın 27-də Minskdə keçirilməsi nəzərdə tutulan Avropa komanda birinciliyində iştirak etməyəcək.

Avropa Cüdo İttifaqı yarışlarda iştirak edəcək komandaların siyahısını açıqlayıb. Bu siyahıda azərbaycanlı idmançılara yer olmayıb. Birincilikdə Köhnə Dünyanın səkkiz ən güclü kişi və qadın yığmaları çıxış edəcək. Bunların arasında Rusiya, Fransa, Gürcüstan, Polşa, Ukrayna, Macarıstan, İsrail və Belarus milliləri var. Bu komandalardan hər hansı iştirakdan imtina etsə, onun yerini Hollandiya və ya Almaniya tutacaq.

"Avro-2007"nin iştirakçıları Belqradda keçirilən Avropa birinciliyinin nəticələrinə əsasən müəyyənləşdirilib. Burada azərbaycanlı atletlər Kifayət Qasımaovanın (57 kq) səyləri hesabına bir bürünc medal qazanıblar. Ona görə də Minskə dəvət almayıblar.

Xəbər lenti

Xəbər lenti