...

Fərhad Əliyevin məhkəməsi şahidlərin dindirilməsi ilə davam edib

Cəmiyyət Materials 17 Avqust 2007 13:42 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend , müxbir E.Cavadova/ Gümə günü Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə hakim Tofiq Paşayevin sədrliyi ilə sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevin, onun qardaşı, "Azpetrol" Şirkətlər Qrupunun keçmiş prezidenti Rafiq Əliyevin və təqsirləndirilən digər 17 nəfərin məhkəməsi şahidlərin dindirilməsi ilə davam edib.

Əvvəlcə prosesdə Vergilər Nazirliyinin Vergi Cinayətləri Departamentinin vergi müfəttişi Nazim Şükürov pookuror və vəkillərin suallarını cavablandırıb. Şahid suallara cavab olaraq göstərib ki, 19 oktyabr 2005-ci il tarixdən 25 may 2006-cı il tarixinədək "Azpetrol" Şirkətlər Qrupunda aparılan səyyar vergi yoxlamalarında iştirak edib. Yoxlama nəticəsində şirkətdə 2 milyon 539 min AZN məbləğində vergidən yayınma halları aşkır edilib.

Daha sonra "Batabat" ASC-də 2003-2006-cı illərdə icraçı direktor işləmiş Ərəstun Hüseynov şahid qismində dindirilib. Bu şəxs İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığın İnkişafına Yardım Departmentinin sabiq işçisi, təqsirləndirilən şəxs Sakit Baxışova qarşı irəli sürülmüş rüşvət alma epizodu ilə bağlı ifadə verib. Şahid ifadəsində göstərib ki, "Batabat" ASC-nin fəaliyyəti üçün lisenziya almaq müqabilində Baxışova 300 ABŞ dolları rüşvət verib.

Məhkəmə iclası davam edir.

Xəbər lenti

Xəbər lenti