...

Azərbaycanda nüvə tədqiqatı reaktorunun tikintisinə dair razılıq əldə olunub

Cəmiyyət Materials 24 Avqust 2007 15:26 (UTC +04:00)
Azərbaycanda nüvə tədqiqatı reaktorunun tikintisinə dair razılıq əldə olunub

Azərbaycan, Bakı / Trend , müxbir E.Hüseynli/ Azərbaycanda ilk dəfə olaraq nüvə tədqiqatı reaktorunun tikintisinə dair ilkin razılıq əldə olunub. Bu barədə cümə günü Trend ə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunun direktoru Adil Qəribov məlumat verib.

Mart ayında Azərbaycanda Atom Elektrik Stansiyasının (AES) tikintisi barədə hökumətə təkliflər zərfi təqdim olunub. Təkliflərə əsasən, AES-in 1500 MqV gücündə olması tövsiyə olunub. AES-in tikintisi üçün əsasən Nəvai ərazisi təklif olunub. Bu ərazidə AES-in tikintisi hələ keçmiş sovetlər birliyi dövründə planlaşdırılırdı.

Qəribov bildirib ki, nüvə tədqiqatı reaktorunın tikintisi BMT-nin Atom üzrə Beynəlxalq Agentliyi (MAQATE) ilə birgə aparılacaq. Tikinti üçün lazım olan maliyyənin bir qismini MAQATE, qalanını isə Azərbaycan hökuməti ödəyəcək. Qəribov xərclənəcək məbləği bildirməyib.

Onun sözlərinə görə, nüvə tədqiqat reaktorunun tikintisində məqsəd atom enerjisi sahəsində mütəxəssisləri hazırlamaq və AES-in tikintisinə zəmin yaratmaqdır. Reaktorun tikintisinə 2009-cu ildən başlanması planlaşdırılır.

Azərbaycanda alternativ enerji mənbəyi olmadığından, enerji tələbatı neft və qaz hesabına ödənilir.

Bəzi ekspertlər hesab edir ki, 50-60 ildən sonra Azərbaycanın karbohidrogen resursları yanacaq-sürtkü materialları və elektik enerjisinin tamhəcmli eksportu və daxili tələbatı ödəmək üçün kifayət olmaya bilər. Ümumilikdə geoloqların proqnozlarına görə, xammalın nisbi hasilatı şərti ilə Azərbaycanın neft ehtiyatları 100-120 ildən sonra tükənə bilər. Ekspertlər hesab edir ki, Azərbaycanda digər enerji mənbələri olan külək, günəş, hidroenerji ölkənin enerji tələbatının 20 faizini təmin edə bilər.

Xəbər lenti

Xəbər lenti