...

Dünya Çempionatı üçün yunan-roma güləşi üzrə Azərbaycan yığmasının heyəti bəlli olub

Cəmiyyət Materials 25 Avqust 2007 12:00 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend , müxbir Z.Səfərov/ Yunan-roma güləşi üzrə Azərbaycan yığmasının məşqçi heyəti sentyabrın 17-də Heydər Əliyev adına İdman-Konsert Kompleksində start götürəcək Dünya Çempionatında iştirak edəcək komandanın heyətini müəyyənləşdirib.

Trend xəbər verir ki, komandanın tərkibinə ötən mövsüsmün yekunlarına əsasən, respublikanın ən yaxşı idmançıları Rövşən Bayramov (55 kq), Avropa çempionu-2005 Vitali Rəhimov (60 kq), 2004-cü il Afina oyunlarının qalibi Fərid Mansurov (66 kq), Daşkənd Qran-Prisinin qalibi İlqar Abdulov (74 kq), həmçinin Denis Mişin (96 kq) və Anton Betov (120 kq) daxil edilib.

Mundial öncəsi Varşavada keçirilən ənənəvi turnirdə komanda üç qızıl və bir bürünc medal qazanmaqla ümumi komanda hesabında ikinci olub.

Xəbər lenti

Xəbər lenti