...

Azərbaycanda insan alveri ilə məşğul olan 4 mütəşəkkil dəstə zərərsizləşdirilib

Cəmiyyət Materials 29 Avqust 2007 13:12 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir S.İlhamqızı/ Daxili İşlər Nazirliyinin rəsmi məlumatlarına əsasən, bu ilin birinci rübü ərzində Azərbaycanda insan alveri üzrə 75 cinayət faktı aşkar edilib. Bu barədə çərşənbə günü Bakıda "Azərbaycanda insan alverinə qarşı mübarizədə mövcud vəziyyət" mövzusunda keçirilən toplantıda açıqlama verilib.

75 cinayət faktından 72-sinə dair cinayət işinin istintaqı aparılıb, bu cinayətləri törətdiklərinə görə 79 şəxs məsuliyyətə cəlb edilib, habelə insan alverinin qurbanı olan 20 nəfər müəyyənləşdirilib.

Ötən il isə Azərbaycanda 211 cinayət faktı aşkar edilib, 192 cinayət işinin istintaqı aparılıb, bu əməlləri törətdiklərinə görə 207 şəxs məsuliyyətə cəlb olunub, 86 nəfər insan alverinin qurbanı müəyyən edilib.

Ötən il qeydə alınan bu cinayətlərdən 27-si Cinayət Məcəlləsinin insan alveri, biri məcburi əmək, 58-i fahişəliyə cəlb etmə, 114-ü əxlaqsızlıq yuvaları saxlama, 7-si yetkinlik yaşına çatmayanı fahişəliyə cəlbetmə, 4-ü seksual xarakterli hərəkətlərə məcbur etmə maddələri üzrə olub.

Ötən il həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində bu növ cinayətlər törətmiş 4 mütəşəkkil dəstə və 23 cinayətkar qrup ifşa edilib.

BMT-nin rəsmi məlumatına əsasən, hər il dünyada insan alverindən 9-12 milyard dollar gəlir əldə olunur. Bu isə dünyada silah və narkotika alverindən sonra üçüncü ən gəlirli sahədir.

UNİCEF-in rəsmi məlumatına görə, isə ildə dünyada 1 milyon 200 min uşaq alverin qurbanı olur.

Xəbər lenti

Xəbər lenti