...

Nazir müavini: Binanın dağıntıları altında insanların sağ qalma ehtimalı artıq yoxdur

Cəmiyyət Materials 31 Avqust 2007 12:31 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə/ Bakıda uçmuş 16 mərtəbəli binanın dağıntıları altında insanların sağ qalma ehtimalı artıq yoxdur. Bu barədə cümə günü jurnalistlərə Azərbaycanın fövqəladə hallar nazirinin müavini Faiq Tağızadə açıqlama verib.

Onun fikrincə, hadisədən artıq çox vaxt keçdiyni üçün insanların sağ qalma ehtimalıda azalıb.

Tikilməkdə olan 16 mərtəbəli bina avqustun 28-də saat 17.00 radələrində uçub.

Rəsmi məlumata görə, dağıntılar altından indiyədək 12 nəfərin cəsədi çıxarılıb, 4 nəfər yaralı vəziyyətdə xilas edilib.

Nazir müavini bildirib ki, hadisə ilə əlaqədar yaradılmış "qaynar xətt"ə 20 nəfər şəxs müraciət edərək yaxınlarının dağıntılar altında qaldığını deyiblər.

Tağızadə onu da deyib ki, uçmuş binanın altında yerləşən üçmərtəbəli zirzəmiyə enmək mümkün olub və oradan nə sağ, nə ölü insan tapılmayıb.

Xəbər lenti

Xəbər lenti