...

Şəkidə epidemiya təhlükəsi yaranıb

Cəmiyyət Materials 5 Sentyabr 2007 13:51 (UTC +04:00)

Azərbaycan, Şəki / Trend , müxbir E.Quliyev/ Şəki şəhəri epidemiya təhlükəsi ilə üzləşib. Şəkinin Kommunal Təsərrüfat İstehsalat Birliyinin müdiri Məmmədiyyə Əjdərov çərşənbə günü bildirib ki, şəhərin kanalizasiya sularının mexaniki və bioloji təmizləmədən keçirən qurğular iflic vəziyyətindədir. Onun sözlərinə görə, kanalizasiya suları heç bir təmizləmə aparılmadan şəhərin aşağı hissəsindəki əraziyə axıdılır. Həmin ərazidəki mal-qara kanalizasiya sularından içir. Gölməçələrin 20-30 metrliyində yaşayış yerləri mövcuddur.

Şəki Gigiyena və Epidemioloji Mərkəzindən həmin ərazidə epidemiya təhlükəsinin olduğu təsdiqlənib. Şəhər İcra Hakimiyyətindən isə, cəmi 30 000 əhali üçün nəzərdə tutulan qurğuların yarasız vəziyyətə düşdüyünü bildiriblər.

Şəki paytaxt Bakıdan 320 kilometr şimal-qərbində yerləşir.

Xəbər lenti

Xəbər lenti