...

"Yuğ" teatrının rəssamı Almaniyaya yollanır

Cəmiyyət Materials 5 Sentyabr 2007 15:17 (UTC +04:00)

Azərbaycan, Bakı, 5 entyabr/"TrendLife", müxbir Eldar Hüseynzadə/

Hazırda teatrlarda yeni kadrlar məsələsi çox mürəkkəb məsələlərdən biridir. Yaxın 2-3 il ərzində teatrlarımız bütünlüklə təmir olunacaq, müasir standartlara cavab verən texnikalar quraşdırılacaq. Məhz buna görə də yeni kadrlar lazımdır ki, həmin qurğularla işləyə bilsin. "Yuğ" teatrının direktoru Tərlan Rəsulzadənin "TrendLife"-a verdiyi məlumata görə, yaxın vaxtlarda teatrın gənc rəssamı Humay Həsənov Düsseldorfa yollanacaq. O, orada Opera teatrında təcrübə keçəcək. Təcrübə müddəti üç ay olacaq. Bütün xərclər Mədəniyyət və turizm nazirliyi tərəfindən ödəniləcək. Onu da qeyd edək ki, Humay Həsənov teatrda 2003-cü ildən işləyir.

Xəbər lenti

Xəbər lenti