...

Bakı buxtasında 10 batmış gəmi çıxarılıb

Cəmiyyət Materials 6 Sentyabr 2007 13:42 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir E.Hüseynli/ Bakı buxtasında ekoloji vəziyyəti yaxşılaşdırmaq üçün buxtadan və onun akvatoriyasından ümumi çəkisi 3000 tona yaxın olan 10 batmış gəmi çıxarılıb, 34 batmış gəminin yeri müəyyənləşdirilib. Bu barədə cümə axşamı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətinin rəhbəri vəzifəsini icra edən İradə İbrahimova məlumat verib.

Məlumata görə, sahilboyu bəzi ərazilər iriqabaritli tullantılardan təmizlənib. Torpaqqazan və torpaqsoran gəmilər vasitəsilə dənizdə dibdərinləşdirmə işləri aparılıb.

Bakı buxtasında ekoloji vəziyyətin yaxşılaşdırılması üçün ötən ilin sonundan irimiqyaslı tədbirlərə başlanılıb. Tədbirlər 2010-cu ilə qədər davam edəcək. Bu məqsədlə gələcəkdə icrası nəzərdə tutulan təklif layihələri hazırlanıb, buxtaya axıdılan fekal tullantı suların qarşısını almaq məqsədilə 50-yə yaxın obyektin layihə-smeta sənədləri işlənilib.

Bibiheybət zonasında ekoloji durumun normallaşdırılması məqsədi ilə 80 ha ərazidə rekultivasiya işləri aparılıb, 200 ha sahədə monitorinqlər kecirilib və lay sularının axıdıldıgı 930 metrlik açıq kanal qapalı dəmir-beton kanalla əvəzlənib. 106 stasionar qaldırıcı qurgu (31 qüllə, 75 dor) sökülüb, yaşayış massivlərinin kanalizasiya şəbəkəsinin yenidən qurulması üçün layıhələndirmə işləri aparılıb.

Xəbər lenti

Xəbər lenti