...

Çingiz Hüseynzadə: Azərbaycan Olimpiya Oyunlarını keçirmək hüququnu əldə edənədək mübarizəni davam etdirəcək

İdman Materials 19 Aprel 2012 13:04 (UTC +04:00)
2020-ci ildə Olimpiya Oyunları Bakıda keçirilməsə, Azərbaycan 2024, 2028 və belə gedişlə namizədliyini irəli sürməkdə davam edəcək. Trend-in məlumatına görə, bunu Rusiya KİV-ə müsahibəsində Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə deyib
Çingiz Hüseynzadə: Azərbaycan Olimpiya Oyunlarını keçirmək hüququnu əldə edənədək mübarizəni davam etdirəcək

Azərbaycan, Bakı, 19 aprel /Trend/

2020-ci ildə Olimpiya Oyunları Bakıda keçirilməsə, Azərbaycan 2024, 2028 və belə gedişlə namizədliyini irəli sürməkdə davam edəcək. Trend-in məlumatına görə, bunu Rusiya KİV-ə müsahibəsində Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə deyib.

"Hələ 2016-cı il Yay Olimpiya Oyunlarına sifariş ərizələrinin verilməsinə start veriləndə, Bakı namizədliyini irəli sürdü. Ona görə də təbii ki, biz Olimpiada-2020-yə də namizədliyimizi verdik. Ötən kampaniya dövründə Olimpiadanı Bakıda keçirmək istəyimiz böyük idi. Fikrimcə, 2020-ci ildə alınmasa, 2024, 2028 və belə gedişlə namizədliyimizi irəli sürməkdə davam edəcəyik. Yəni, Olimpiya Oyunlarını keçirmək hüququnu əldə edənədək mübarizəmizi davam etdirəcəyik" Hüseynzadə deyib.

Onun sözlərinə görə, Olimpiada-2020 Bakıda olsa, Eurovizion-2012 Mahnı Müsabiqəsinin keçiriləcəyi "Bakı Kristal Zalı" bir neçə Olimpiya idman növündə yarışları qəbul edəcək.

Xəbər lenti

Xəbər lenti