...

Unibank Premyer Liqasına görə Azərbaycan milli komandasının oyunu ləğv edildi

İdman Materials 26 Aprel 2012 10:58 (UTC +04:00)
Azərbaycan milli komandasının iyunun 5-də Minsk şəhərində Belarus yığması ilə keçirilməsi planlaşdırılan yoldaşlıq oyunu ləğv olunub.
Unibank Premyer Liqasına görə Azərbaycan milli komandasının oyunu ləğv edildi

Azərbaycan, Bakı, 26 aprel /Trend/

Azərbaycan milli komandasının iyunun 5-də Minsk şəhərində Belarus yığması ilə keçirilməsi planlaşdırılan yoldaşlıq oyunu ləğv olunub.

Trend-in AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, milli komandanın üzvlərinin əsasən Unibank Premyer Liqasının aparıcı klublarında çıxış etməsini və həmin klubların avrokuboklarda mübarizə aparacağını, Belarus yığması ilə yoldaşlıq oyununun avrokubok qarşılaşmaları ərəfəsinə təsadüf etdiyini nəzərə alan yığmanın baş məşqçisi Berti Foqts bu barədə qərar qəbul edib.

Xəbər lenti

Xəbər lenti